Heydər Əliyevin nəvəsinə vəzifə verildi

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı açıqlama verib.

xural.com xəbər verir ki, S.Əliyeva virtualaz.org-a danışaraq xəbəri təsdiqləyib.

“Azər Əliyev Azərbaycana köçmək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, – Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babası, mərhum prezident Heydər Əliyevin evində yaşayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button