“Hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər…”- VİDEO

ilham aliyevNazirlər Kabinetinin dünən keçirilən toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib.

xural.com azertag.az-a istinadən xəbər verir ki, sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:
“Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb.  Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq.  Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın.  Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam.  Bundan başqa heç kimə bir manat da verməməlidirlər.
Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
Qeyd edək ki, Vergilər Nazirliyinə məxsus saytda elə həmin gün 2015-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları haqqında məlumat yayımlanıb. Məlumatda bildirilir:
“2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 100,8 faiz əməl edilib.Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.”

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button