Hüseyn Abdullayevdən Anasına doğum günü şeiri-VİDEO

Bu gün tanınmış siyasi mühacir Hüseyn Abdullayevin doğum günüdür. Hüseyn Abdullayev ad günündə facebook statusunda anasına həsr etdiyi bir şeir paylaşıb. Öz ad günündə Anasını xatırlayıb və duyğu dolu sözlər yazıb. xural.com Hüseyn Abdullayevin facebook statusunu olduğu kimi yayınlayır:

“Əziz həmvətənlərim!
Mən bu gün sizlərə 2015-ci ildə yazdığım ”Üzülmə, Ana” adlı şeirimi təqdim etmək istəyirəm. Ola bilsin ki, hakimiyyətə yaxın olan bəzi yaramaz ünsürlər səsləndirdiyim bu şeiri, mənim zəiflik əlamətim kimi yozmağa çalışacaqlar. Amma inanın, bu, məni qətiyyən narahat etmir. Çünki Hüseyn Abdullayevin nə vaxtsa sınacağını və kimdənsə çəkinəcəyini zənn edənlər, ən bədbəxt və ən cılız təfəkkürə sahib insanlardır. Onlardan fərqli olaraq, mən inanıram və əminəm ki, həm dogma elimdə yaşayan bütün Ana və bacılarım, həm də qürbətdə yaşamaqlarına baxmayaraq, ürəkləri daima Azərbaycanla döyünən bacı-qardaşlarım, bu şeirdəki sözlərdən öz ruhlarına təsir edən lazımı mənəvi qidanı alacaqlar. Onu da bildirim ki, bunu yazdığım vaxt, İlham Əliyev Anamın Almaniyaya gəlib məni görməsinə ciddi əngəllər törədirdi. Və əfsuslar olsun, o, bu cür çirkin hərəkətləri edərkən, UCA RƏBBİMİZİN DİKTATORLARDAN DAHA GÜCLÜ OLDUĞUNU UNUDURDU.
Bəli, mən bu gün öz ad günümü qeyd edirəm, lakin dərin hüzün və ürək ağrısıyla deməliyəm ki, həyatımda ilk dəfədir belə üzgün, belə içimdə qan ağlayan vəziyyətdə bunu qeyd edirəm. Çünki mənim ən çətin günlərimin dərd ortağı olan Atam yoxdur yanımda. İkimizik – Anam və mən.”

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button