Hüseyn Abdullayevdən şok müraciət: “Ey İlham Əliyevə yaltaqlananlar…”

quska

Artıq 3 ildir mühacirətdə olan Hüseyn Abdullayevin müraciəti yayılıb. Şəxsi facebook səhifəsində yayılan müraciətdə deyilir:

“Dəyərli dostlarım!
Bu yaxın günlərdə Almaniyada məskunlaşıb, muhacir həyatını yaşamağımın üç ili tamam olur.
Amma nə olursa olsun, mənim milli kimliyim və duyğularım imkan vermir ki, mən hər an Azərbaycanımız haqqında düşünməyim, yaxud da millətimizin düşdüyü bu ağır iqtisadi böhrana görə narahat olmayım. Və inanın, neçə illərdir mövcud hakimiyyət ilə apardığım mubarizə və etirazlarım birbaşa bu amillərlə bağlı olmuştur.
Təəssüflər olsun ki, rejim təmsilçiləri mənim səylərimin qarşısını namərdcə alaraq, öncə həpsimi təşkil etdi, sonradan isə öz doğma yurdumdan uzaqlaşmağıma nail oldu. Lakin hadisələrin ən iyrənc tərəfi odur ki, despot klanının mənə qarşı yönəltdiyi böhtan kampanyası bu gündə davam etdirilir. Uzun müddət ölkədə olmamagıma baxmayaraq, hakimiyyətin “verbovka” etdiyi (istər iqtidar, istərsə də muxalifet yönümlü) bəzi səviyyəsiz və yaramaz jurnalistlər hər fürsətdə mənim keçmişimə qara yaxmaga çalışır. Gah yazırlar, mən uzun illər kölgə iqtisadiyyatına nəzarət etmişəm, gəh da həyasızcasına iddia edirlər ki, mən bir vaxtlar 2-3 min nəfərdən ibarət silahlı bir dəstəyə sponsorluq etmiş və iş adamlarını təhdid etmişəm. Bunlar hələ azmış, həmin bu provokatorlar sosial mediadakı öyrədilmiş tör-töküntülərin əliylə bəyan edirlər ki, o vaxtlar guya mənim göstərişimlə (sanki o an bunlar mənim yanımdaymışlar) bir qrup idmançı müxalifətin təyin etdiyi mitinqləri dağıdıb və oradakı mitinq iştirakçılarına agır xəsarətlər yetirmişlər. Yəni bir insan nə qədər murdar, nə qədər fitnə ünsuru olsun ki gərək, durub bu cür cəfəng və heç bir əsası olmayan avantüralara əl atsın?!
Doğrudur, hər kəsin fərqli düşüncəsi və sərbəst təngid etmə hüququ vardır. Amma bu qətiyyən o anlama gəlməməlidir ki, hansısa hər yoldan keçən birisinin ona-buna şər atıb, Azərbaycan xalqını çaşdırmağa haqqı var. Görünür, bunlarda imkan olsa, Roma Papası II İohan Pavelə qarşı törədilmiş sui–qəsdi də mənim üstümə atarlar. Əslində, əgər Azərbaycanda məhkəmə və hüquq sistemi iflic durumda olmasaydı, bunların hamısını cinayət məsuliyyətinə cəlb etdirərdim. Sağlıq olsun, bir gün haqq-ədalət hər kəsin layiq olduğu yeri göstərər.
Sevimli soydaşlarım!
Mən heç bir zaman təmənnasız niyyətlərimi dilə gətirmək istəməmişəm. Lakin bu gün bəzi vassalların yaddaşını yeniləsəm pis olmaz. Niyə yazmırsınız ki, həmin bu Hüseyn Abdullayev 25 il çalışıb qazandıgı sərvətini nəzərə almayaraq, öz yaxın ailə üzvlərinə zərər verə biləcəyini gözə alaraq, qalxıb parlamentdə hakimiyyətin üzünə sərt tənqid edib, aparılan antixalq siyasətinə qarşı çıxdı? Bəs niyə demirsiniz ki, adam həpsdən çıxdıqdan sonra da despot Əliyevlə açıq mubarizə apararaq, canından çox sevdiyi yurdunu tərk etməyə məcbur oldu? Yeri gəlmişkən, mən o adlarını millət vəkili qoyan, amma nə yazıq ki, bir dəfə də olsun belə parlamentdə milləti əsl narahat edən problemlərə toxunmayan Siyavuş Novruzov və Adil Əliyev kimi deputatlardan soruşmaq istəyirəm. Ey vaxtaşırı məni tənqid edən psevdopatriotlar! Siz hansı haqqla mənə iradlar tutur, hətta Azərbaycana və dövlətçiliyə qarşı çıxmaqda ittiham edirsiniz? Siz kimsiz axı? Nə oldu vergi şantajı boşa çıxdı, alman keşfyyatına işləyir deməniz yetmədi, indi də bu cür məsuliyyətsiz ittihama əl atırsınız? Mən başa düşmürəm, nə vaxtdan İlham Əliyev kimi bir diktator və onun korrupsioner ətrafı Azərbaycan demək olubdur? Deyin görüm, nə vaxtdan mənim Atamın ölümünə səbəb olan, bu gün də utanmadan yaşlı Anamı girov saxlamaqdan fərəh duyan prezidentiniz müdafiə olmağa layiq görülüb? Sizə bir daha deyirəm və soxun bunu birdəfəlik başınıza. Mən 2007-ci il parlamentdə kriminal sisteminizi tənqid edərkən, öz vəzifə borcumu yerinə yetirib bir vətəndaş mövqeyimi ortaya qoymuşam. Əgər bu, dövlətçiliyimizə və Azərbaycana qarşı çıxmaqdırsa, bəli, çıxmışam. Mənim 1992-ci il 400 min əhalisi olan Naxçıvanın ”İnkişaf və Müdafiə” fondunun əsas sponsoru olmağım, yənə eyni dövrdə Qarabağ muharibəsində döyüşən əsqərlərə davamlı yardım etməm, deputat seçildiyim Bakının Nizami rayonunda 800 ailəyə (imkansız müəllimlər, universitet tələbələri və kimsəsiz yaşlı və xəstələrə) hər ay rəsmi olaraq mütəmadi maliyyə yardımı göstərməyim Azərbaycana qarşı çıxmaqdırsa, bəli, çıxmışam. EY GECƏ-GÜNDÜZ İLHAM ƏLİYEVƏ YALTAQLIQ ETMƏKDƏN ZÖVQ ALAN MANQURTLAR! MƏNİM QƏLBİMDƏ VƏ RUHUMDA OLAN MİLLƏT SEVGİSİNİ, SİZLƏR XƏYAL BELƏ EDƏ BİLMƏZSİNİZ. O ki qaldı mənim siyasətlə məşğul olub-olmamağıma, bəli, əqər bugünkü vəziyyət imkan versəydi, mən Azərbaycanda qalıb öz dogma xalqıma xidmətimi göstərərdim. Fəqət, hal-hazırda ÖZ ELİMDƏ İLHAM ƏLİYEVƏ BOYUN ƏYİB, ONUN İRADƏSİNƏ TABE OLMAQDANSA, QÜRBƏT ELDƏ MUBARİZƏ APARIB REJİMİ DƏYİŞMƏK DAHA YAXŞIDIR MƏNCƏ. VƏ GEDİN, İLHAM ƏLİYEVİNİZƏ DEYİN Kİ, ƏGƏR ONDA AZ DA OLSA QANACAQ VƏ TƏRBİYƏ VARSA, ÖZ ƏDAVƏTİNİ MƏNİMLƏ APARSIN, AİLƏMLƏ YOX.”

Xüsusi qeyd: Hüseyn Abdullayevin müraciətində adı çəkilənlərin də mövqelərini dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button