İlham Əliyev Fərhad Abdullayevi Konstitusiya Məhkəməsinin sədri təyin etdi

Fərhad_Abdullayev24.06.2013

İyunun 24-də prezident İlham Əliyev Fərhad Abdullayevin Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqda sərəncam imzalayıb.

Mayın 31-də Milli Məclis Fərhad Abdullayevi yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin etmişdi.

Abdullayev Fərhad Sahib oğlu 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhərinin 189 saylı orta məktəbinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin Universiteti bitirib.

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışıb.

1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışıb.

2000-ci ilin sentyabr ayında ölkədə ilk dəfə yaradılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunub.

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri vəzifəsinə təyin edilib.

2006-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsini alınıb.

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştiraki ilə yanaşı və bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar hüquqşunas” Fəxri adı verilmişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Fərhad Abdullayev 2003-cü ilin iyun ayının 25-dən Konstitusiya Məhkəməsinin sədridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button