İlham Rəhimovun adamı sərt danışdı: “Cılız, primitiv, guya ”sensasion”…”

Professor İlham Rəhimovun köməkçisi: “”Rossiya” otelinin yerində yenisini tikməyi planlaşdırırıq”

Bu günlərdə  mətbuatda Azərbaycan əsilli milyarder Qod Nisanovla qalmaqallı jurnalist-biznesmen, lifenews.ru saytının redaktoru Aram Qabrielyanov arasında “sensasion” bir yazışma olduğu barədə açıqlama yayılıb. Guya, 2015-ci ilin noyabr və dekabr ayına təsadüf edən həmin yazışmada azərbaycanlı milyarder-oliqarx Aram Qabrielyanovdan xahiş edir ki, “Ren TV” telekanalında onun Moskvadakı nəhəng topdansatış ərzaq bazası “Food City” haqda tənqidi reportajını kimin sifariş etdiyini araşdırsın.
Musavat.com bu məsələyə Qod Nisanovun ortağı, hüquq elmləri doktoru, professor İlham Rəhimovun münasibətini öyrənmək istəyib. Lakin İ.Rəhimovla əlaqə yaratmaq mümkün olmadığından onun biznes işləri ilə məşğul olan köməkçisinə telefon açdıq. Köməkçi əməkdaşımıza aşağıdakıları bildirdi: “Mətbuatda yayılan belə cılız, primitiv, guya “sensasion” məlumatlara münasibət bildirmək niyyətində deyiləm.
İlham müəllim və onun şərikləri Moskvada daha ciddi işlərlə, nəhəng layihələr həyata keçirməklə məşğuldur. Əgər bu jurnalistləri maraqlandırırsa, görəcəyimiz işlərdən biri haqqında ətraflı, doğrudan da sensasiya ola biləcək məlumat verə bilərəm. Bu yaxınlarda Kremlin yaxınlığında yerləşən keçmiş “Rossiya” otelinin yerində yenisini tikməyi planlaşdırırıq.  Artıq layihə hazırdır və təsdiq olunub.
Qeyd edim ki, yeni inşa ediləcək bina müasir tələblərə cavab verən nəhəng bir otel kompleksindən ibarət olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button