İlyas İsmayılovdan sərt ismarıc: “”Məğlubiyyətim” Ramiz Mehdiyevin strateji düşüncəsinin məhsuludur”

Məlum olduğu kimi 106 saylı seçki dairəsindən Ağayeva Ülviyyə Cavanşir qızının deputatlığı elan olundu. Hər kəs isə bu dairədən Ədalət partiyasının sədri İlyas İsmayılovun seçiləcəyini gözləyirdi.  Nəinki Azərbaycanın, hətta bir zamanlar ünü post-sovet məkanına tanış olan bir insanın öz doğulub boya-başa çatdığı bölgədə çox adamın yaxşı tanmadığı birinə uduzmağı həqiqətən də təəccüblü görünür. Bəs, görəsən, İlyas müəllimin özü bu “məğlubiyyət” barədə nə düşünür?

İlyas İsmayılovun partiyasının mətbuat katibliyinə açıqlamasını Strateq.az oxucularına təqdim edirik:

“Zəngin və keşməkeşli həyatımda çox şeyləri görmüşəm, fərqli durumlarda olmuşam, amma ləyaqət və şərəfimi hər zaman qorumuşam. İndi də faciəvi bir şey olmayıb. Əksinə Ədalət partiyasının fəaliyyət istiqamətləri çoxalıb.

Mənim siyasi sərbəstliyim, dövlətimizin və cəmiyyətimizin qüsurları və inkişafı ilə bağlı düşüncələrimi açıq ifadə etməyim hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqları daim narahat edib. Odur ki, Vətənimizdə haqqın, ədalətin, mənəvi dəyərlərin bərqərar olması istiqamətində mübarizəmi davam etdirəcəyəm”.

Məsələylə bağlı əlaqə saxladığımız Ədalət lideri seçkilərin bu cür nəticələnməsində Ramiz Mehdiyevi günahlandırdı. İlyas müəllimin sözlərinə görə, seçkilər onun əleyhinə saxtalaşdırılıb və göstəriş Prezident Administrasiyasından gəlib: “”Məğlubiyyətim” Ramiz Mehdiyevin strateji düşüncəsinin məhsuludur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button