İnternet şokunun Bəylər Əyyubovla nə əlaqəsi?

beyler-eyyubov2

«Delta-telekom»dakı yanğın barədə ilginc mülahizələr

Bir neçə gün əvvəl Azərbaycanda yaşanan internet şoku barədə redaksiyamıza şok məlumat daxil olub. Xatırladaq ki, noyabrın 16-da 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib.

Ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər. Rəsmi məlumata görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətində yanğın baş verməsidir. Lakin hadisənin “MTN işi” ərəfəsində baş verməsi bunun təxribat ola biləcəyini istisna etmirdi. Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da hadisənin təxribat olduğuna işarə vurmuşdu. O, yaddaşın silinməsi versiyasını ortaya atmışdı. Qeyd edək ki, Zahid Orucun həm Eldar Mahmudovun, həm də Əli Abbasovun işdən çıxarılması ilə bağlı açıqlamaları özünü demək olar ki, doğruldub. Ona görə də deputatın bu ehtimalının da ciddi əsaslarının olmasına şübhə etmək mümkün deyil.

“Azadlıq”a daxil olan məlumat da bu barədə düşünməyə əsas verir. Məlumatda deyilir ki, “Delta-Telekom” prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Bəylər Əyyubov isə “MTN işi” ilə bağlı əməliyyatlara birbaşa rəhbərlik edir. Ona görə də ehtimal etmək olar ki, bu Bəylər Əyyubova qarşı təxribatdır. Bu olayın Bəylər Əyyubovun özünə lazım olması barədə də versiya var. Lakin bu versiya o qədər də inandırıcı deyil.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button