İntiqam Əliyev “İlin Hüquq Müdafiəçisi” oldu

intiqam

Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyev “İlin Hüquq Müdafiəçisi” mükafatına layiq görülüb. Mükafat Civil Rights Defenders təşkilatı tərəfindən verilib.

Xural.com xəbər verir ki, bu gün Stokholmda mükafatın təqdimetmə mərasimi keçirilib. Ötən ay Ali Məhkəmənin qərarı ilə azadlığa çıxsa da, hüquq müdafiəçisinin ölkədən çıxma yasağı olduğuna görə, mükafat oğlu Nəcmin Kamilsoya təqdim olunub.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü qüvvədə saxlamışdı. Sonradan Ali Məhkəmə Baş Prokurorluğun protesti əsasında hüquq müdafiəçisini şərti azadlığa buraxılıb. İntiqam Əliyev bütün ittihamları rədd edir,  həbsinin hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlı olduğunu bildirir

“Amnesty International”» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

Aruz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button