İstanbulda terror: 39 ölü, 65 yaralı FOTO VİDEO

Bu gecə İstanbulun Ortaköy adlanan hissəsində əyləncə mərkəzinə təşkil edilmiş hücum zamanı ölənlərin sayı 39 nəfrə çatıb. Xural.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölən şəxslərdən 16-sı əcnəbi ölkə vətəndaşıdır. 69 nəfər isə xəstəxanalarda müalicə olunur. Onlardan 4-nün vəziyyəti kritikdir.
 Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 39-a çatmasını təsdiqləyib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, dünyada məşhur olan gecə klubuna təşkil edilmiş silahlı basqın terror aktıdır və xarici ölkə vətəndaşlarının öldürülməsi də bunu göstərir.
Bildirilir ki, “Santa Klaus” paltarında əyləncə mərkəzinə soxulan 3 silahlını zərərsizləşdirməyə çalışan polis əməkdaşı da olay yerində şəhid olub.
 Hazırda bütün İstanbul ərazisində terrorçuların axtarışı həyata keçirilir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button