Kinoteatrlara vaxt verildi

Kino Teatr

Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək, subtitri olmayan filmlər isə dövlət qeydiyyatına alınmayacaq.

Xural.com trend.az-a istinadən xəbər verir ki,  bunu Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xarici filmlərin subtitrsiz nümayiş olunması ictimaiyyətdə narahatlıq yaradır:

“Filmlərin tərcüməsini təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik. Onlara aprelin 15-dək vaxt vermişik ki, öz distribüterləri ilə danışıq aparsınlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button