“Küçük Əmrah” vəkilini öldürdü

Türkiyədə avqustun 2-də müğənni tərəfindən cinayət törədilib. Cinayətin təfərrüatları dünən ortaya çıxıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Gölbaşı mahalında meşəlik sahədə cəsədi tapılan 34 yaşlı vəkil Onur Evrim Dəmiri öldürən şəxsin izmirli müğənni Əmrah D. olduğu məlum olub.
Öldürülən vəkilin xalası polislərə Əmrahın adını verib. Polislər müğənninin evinə basqın ediblər. Müğənni evdə olmasa da, polislər onun otağından qanlı paltarlar tapıblar. Bir müddət sonra müğənni saxlanılıb.
O, məhkəmədə vəkili onun keçmiş xanımı ilə birlikdə olduğuna görə öldürdüyünü söyləyib. Əmrah həbsxanaya göndərilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button