Kürdəmir yolunda sürət həddi 90 km/saata qədər artırıldı

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.

“Azəravtoyol” ASC-dən verilən xəbərə görə, müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button