Leyla Yunus bəyanat verdi

Xural.com-a Fransada yaşayan blogger, siyasi mühacir Məhəmməd Mirzəlinin yaxın qohumlarının Azərbaycanda təqib edilməsiylə bağlı Sülh və Demokratiya İnstitutunun bəyanatı daxil olub. Bəyanatda deyilir:

“Sülh və Demokratiya İnstitutuna daxil olan məlumata görə, Fransada yaşayan blogger Məhəmməd Mirzəlinin Azərbaycan Respublikası Göyçay rayonunda olan ata evini 13 yanvar 2018-ci iltarixində, səhər saatlarında Göyçay Polis Bölməsinin əməkdaşları mühasirəyə alaraq, onun atası Mirzəliyev Fazil Hümbət oğlunu qanunsuz həbs etmişlər. Mirzəliyev Fazil Hümbət oğlu ilk öncə Göyçay rayon Polis Şöbəsinə, daha sonra AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə aparmışlar. Daha sonra Məhəmməd Mirzəlinin Bakı şəhərində yaşayan bacısının yoldaşı Ağayev Elman Tofiq oğlunu işlədiyi obyektdən qanunsuz olaraq oğurlayıb adı çəkilən idarəyə aparıblar.

Bundan sonra atası Məhəmməd Mirzəliyə zəng edərək deyib: “Mənim və Elmanın həbs olunması sənin sosial şəbəkələrdəki tənqidi fikirlərin və videolarına görədir.” Ata təzyiq altında oğuldan siyasi mövqeyindən əl çəkməsini, hakimiyyətdən üzr istəməsini və Azərbaycan Prezidenti İlham Əliyev haqqında facebook sosial şəbəkəsində admini olduğu “Made in Azerbaijan” səhifəsindəki bütün tənqidi fikirləri dərhal silməyi tələb etmişdir. Ata bildirmişdir ki, onu əks təqdirdə bacılarını da yoldan oğurlayıb həbs edəcəkləri ilə təhdid edirlər.

Bu məsələ ictimailəşəndən sonra 13 yanvar axşam saatlarında ata – Mirzəliyev Fazil Hümbət oğlu sərbəst buraxılıb, amma Məhəmməd Mirzəlinin bacısının yoldaşı bu günə kimi qanunsuz olaraq həmən idarədə saxlanılır.
Sülh və Demokratiya İnstitutu bəyan edir ki, Azərbaycan hakimiyyəti bu cür insanlığa yaraşmayan hərəkətlərə dərhal son verməli, ölkədə insan və hüquq azadlıqlarına hörmət etməli və tənqidi fikirlərə dözümlü yanaşmalıdır.
Eyni zamanda Sülh və Demokratiya İnstitutu Human Rights House, Freedom House, ABŞ Dövlət Departamenti, Avropa Şurasının Azərbaycanla işləyən strukturlarını və digər beynəlxlaq qurumları bu olayı diqqətdə saxlamağa çağırır.

Əlavə olaraq 23 yanvarda Leyla Yunus hüquq müdafiəçilərinin Avropa Parlamentindəki tədbirində iştirak edəcək. Tədbirdə Əliyev rejiminin siyasi girovları haqqında müzakirələr aparılacaq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button