Məzuniyyətə buraxılmayanlara şad xəbər

bayramAzərbaycanda 4 ardıcıl qeyri-iş günü olacaq

İstirahət Ramazan bayramı ilə əlaqədardır

Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 2014-cü il 21 noyabr tarixli qərarına əsasən, bu il 17 və 18 iyul tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günü olacaq.

Əmək qanunvericiliyinə əsasən, 18 iyul şənbə gününə təsadüf etdiyindən, iyulun 20-si – bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, 5 günlük rejimlə işləyən müəssisələrdə iyulun 17-dən 20-dək qeyri-iş günüdür./oxu.az/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button