Manat yenidən sınaq qarşısındadır

xural.com Qubad İbadoğlunun manatla bağlı son statusunu təqdim edir:

Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi, dünya bazarlarında yeni təlatümlər yaradıb. Məlum hadisədən sonra dollara nəzərən ingilis funt sterlinqi 7,18 faiz, avro isə 2 faiz bir gündə dəyər itirib. Brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən Dow Jones Sənaye və Standard and Poor 500 indekslərinin dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri də dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button