“Maşın”da gərginlik pik həddə çatdı – VİDEO

aşıq əli maşındaDaha bir iştirakçı üçün “nağıl” bitdi.

ANS-in efirində yayımlanan “Maşın” realiti-şousunun növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, müəllifi və aparıcısı Murad Dadaşov olan şouda iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Samir Cavadzadə yarışmanı tərk etməyə namizəd olub.

Samir Cavadzadə səs topladığı təqdirdə Aşıq Əlini oyundan uzaqlaşdıracağını deyib.

Bu zaman stilist Anar Ağakişiyevlə Aşıq Əli arasında qalmaqal yaşanıb. Stilist aşıqla eyni yarışda qalmaq istəmədiyini deyərək, tamaşaçılardan Samir üçün səs istəyib. Aşıq Əli əlini avtomobildən çəkərək, getmək istədiyini bildirib:

“Murad müəllim, məni bura siz dəvət etmisiniz. Və bugünə kimi burda sizin üçün və tamaşaçılar üçün gücüm çatana qədər mübarizə apardım. Məni kimsə çıxartmayıb, nə də buna kiminsə gücü çata bilməz. Və indidən mən getməyimi sizdən xahiş edirəm. Uğurlar hər bir iştirakçıya. Rahat olun.”

Nəticədə oyunun sonunda S.Cavadzadə 54,54 faiz səs toplayaraq şouda oyunda qalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button