MDB ölkələrinin gömrük xidmətləri sutka boyu operativ informasiya mübadiləsi aparacaq

14606319073670011241_1000x669

MDB ölkələrinin gömrük xidmətləri sutka boyu operativ informasiya mübadiləsi aparacaq.

Bu barədə RF Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov bu gün Qrodnoda (Belarus) keçirilən MDB-nin iştirakçı ölkələrinin Gömrük Xidmətləri Rəhbərlər Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclasının yekunlarına dair jurnalistlərə müsahibəsində söyləyib. O deyib: “İclasda bir sıra texniki həllər müzakirə edildi. Əvvəllər biz artıq baş vermiş qanun pozuntuları haqqında analitik informasiya mübadiləsi aparırdıq. İndi isə qabaqlayıcı operativ məlumat mübadiləsi məsələsi həll edilir”.

MDB-nin iştirakçı ölkələrinin Gömrük Xidmətləri Rəhbərlər Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 13-cü iclasında Belarus Dövlət Gömrük və Rusiya Federal Gömrük xidmətlərinin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Tacikistan və digər ölkələrin Gömrük komitələrinin başçıları, habelə MDB İcraiyyə Komitəsinin və Latviya Gömrük Polisi İdarəsinin nümayəndələri iştirak ediblər.

Bundan başqa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və güclü təsir göstərən maddələrin qanunsuz beynəlxalq dövriyyəsinə qarşı mübarizə, habelə gömrük araşdırmaları və istintaqı, dövlət gömrük xidmətlərinin hüquq-mühafizə orqanları əməkdaşlarının ixtisasartırma sahəsində qarşılıqlı kömək, kinoloji fəaliyyət və digər məsələlər müzakirə edilib(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button