“Meclis.info” saytının rəhbəri hava limanında saxlanılıb

Yayımlandı: 18 Aprel 2024 21:25

İmran Əliyevin “qara maskalı” şəxslərə təhvil verildiyi bildirilir

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib. 

Onun bildirdiyinə görə, sərhəd nəzarət məntəqəsini keçib, təyyarəyə minik üçün gözləyərkən saxlanılıb və “qara maskalı” şəxslərə təhvil verilib.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytı ““Abzas Media” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button