Moskvada terror aktı törətməkdə şübhəli bilinənlərə kirayə mənzil verən şəxs həbs edilib

Yayımlandı: 26 Mart 2024 15:20

Əlişir Qasımov barəsində həbs qətimkan tədbiri seçilib

Martın 26-da Moskvanın Basmannıy Məhkəməsi terror aktını törədənlərə mənzil kirayə verən Qırğızıstandan olan Əlişir Qasımov barədə həbs qərarı çıxarıb.

Məhkəmə Ə.Qasımovun barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.

Müdafiə tərəfi onun ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmənin hökmü hələ qanuni qüvvəyə minməyib və ondan apelyasiya şikayət verilə bilər.

Ə.Qasımov Oş şəhərində anadan olub, Rusiya vətəndaşıdır, üç övladı var.

O, Krasnoqorskda kafe sahibidir.

Martın 25-də Moskvanın Basmannıy Rayon Məhkəməsi terror aktını törətməkdə şübhəli bilinən Dalercon Mirzəyev, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni haqda 2 ay həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarıb.

Daha sonra hücum edənlərin əlaqəda olduğu ehtimal edilən üç nəfər: Aminçon və Dilovar İslamov qardaşları və onların atası İsrail İslamov da həbs olunub.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.

İstintaq Komitəsi terror aktı Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror) ilə bağlı cinayət işi açıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button