Moskvadakı hadisədə 154 nəfərin öldüyü bildirilir

Yayımlandı: 24 Mart 2024 14:48

Səhiyyə Nazirliyi 147 nəfərin xəsarət aldığını deyir

Rusiyanın Səhiyyə Nazirliyi “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 154 nəfərin həlak olduğunu açıqlayıb.

Bu barədə nazirlik martın 24-də məlumat yayıb.

“107 nəfər stasionar, daha 44 nəfər isə ambulator müalicədədir”, – deyə nazirlik əlavə edib.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.

Martın 23-də Rusiya İstintaq Komitəsi terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin Ukrayna ilə sərhəd yaxınlığında saxlanıldığı barədə məlumat yaymışdı.

Ancaq “İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər də daxil olmaqla, 11 nəfərin saxlanıldığını bildirib.

Bu gün Rusiyada Ümumxalq hüzn günüdür.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button