“MTN işi” AZAL-a sıçradı – Xidmət rəisləri və işçilər çıxarıldı

“MTN işi”nə görə AZAL-da bir neçə nəfər işdən uzaqlaşdırılıb. 

Bu barədə məlumatı musavat.com-a işdən çıxarılanların özləri veriblər. Bu gün bir neçə nəfər öz ərizəsi ilə işdən çıxıb. MTN-nin hava limanı şöbəsinin sabiq rəhbərliyi ilə əlaqəsi olan hər kəs işdən uzaqlaşdırılır.
Bu “təmizləmə işləri” AZAL-ın bütün idarələrində aparılır.
İşdən çıxrılanların sözlərinə görə, onlara bildirilib ki, bu tapşırıq şəxsən AZAL rəhbəri Cahangir Əsgərov tərəfindən verilib. İşdən çıxarılan şəxslərə ərizə yazmaları təklif olunur. Əks halda onlar müəyyən maddələrlə işdən azad ediləcəkləri xəbərdarlığını alıblar.
Bu gün isə AZAL-ın Nəzarət Buraxılış Xidmətinin 2 əməkdaşı öz ərizələri ilə işdən çıxıblar. İşdən çıxarılanlar arasında xidmət rəisləri də var. Ümumilikdə bu günədək 10-dan çox işçi AZAL-dan uzaqlaşdırılıb.
Xatırladaq ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri vəzifəsindən çıxarılmasından sonra bir neçə yüksək rütbəli şəxs MTN sıralarından qovulub. MTN-nin yüksək rütbəli zabitləri işdən çıxarıldıqdan sonra onların yaxın adamları da çalışdıqları dövlət qurumlarından uzaqlaşdırılırlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button