MTN-nin açar fiquru niyə həbs olunmur?

Mövlan Şıxəliyevin azadlıqda qalmasının sirri; MTN generalı «Qara Kəmər» əməliyyatında hansı yüksək ranqlı məmurları dindirib?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş Istintaq Idarəsinin keçmiş rəisi Mövlan Şıxəliyevin hələ də həbs olunmamasının sirri barədə redaksiyamıza ilginc məlumat daxil olub. Əvvəlcə qeyd edək ki, Mövlan Şıxəliyevin də adı digər MTN generalları kimi bir çox cinayətlərdə hallanır.

Mətbuatda onun əməlləri barədə çoxsaylı faktoloji materiallar dərc edilib. Hətta “Azadlıq” qəzeti Dövlət Təhlükəsizlik Xidmətinin adlarının açıqlanmasını istəməyən bir qrup əməkdaşının müraciətini dərc etmişdi. Həmin müraciətdə Mövlan Şıxəliyevin adı hallanan cinayətlərdən bəhs edilirdi. DTX əməkdaşları adlarının açıqlanmamasını Mövlan Şıxəliyevin güclü himayədarlarının olması ilə izah edirdilər.

Digər tərəfdən MTN-də əsas cinayət işlərinin istintaqına əsas cavabdeh şəxs Mövlan Şıxəliyevdir. Bu baxımdan onun azadlıqda qalması təəccüb doğurmaya bilməz. Bəs səbəb nədir?

Redaksiyamıza daxil olan məlumata görə, Mövlan Şıxəliyevin həbs olunmamasının sirri 2005-ci ildə MTN-nin keçirdiyi “Qara Kəmər” əməliyyatındadır. Qeyd edək ki, həmin əməliyyat zamanı DIN-də yuva salmış, Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən banda zərərsizləşdirilmişdi. Məlumatda bildirilir ki, bu bandanın istintaqında şəxsən Mövlan Şıxəliyev bir neçə yüksək vəzifəli məmuru da dindirib. Həmin məmurların sırasında bu gün hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışanlar da var. Onların bu işlə bağlı hansı ifadələri verdiyi, hansısa kompromatlarının olub-olmadığını deyə bilmərik. Amma məlumatda bildirilir ki, məhz buna görə Mövlan Şıxəliyevi həbs etmək tərəddüdü var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button