Müğənni Jasminin əri həbs edildi – 1 milyardlıq oğurluq
Tanınmış rusiyalı müğənni Jasminin həyat yoldaşı, 28 yaşlı biznesmen İlan Şor Moldoviyada həbs olunub.
qafqazinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, banklardan birindən 1 milyard rubl oğurlamaqda ittiham olunan İlan Şor Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzə aparılıb.
Hüquq-mühafizə orqanları, həmçinin müğənninin ərinə siyasi sığınacaq verən dostlarını da həbs etmək niyyətindədirlər.
Qeyd edilir ki, 37 yaşlı müğənninin həyat yoldaşının Rusiyaya girişinə 6 il qadağa qoyulub. Qadağaya səbəb kimi biznesmenin Rusiya və Moldova banklarında apardığı maliyyə əməliyyatları olub. Belə ki, həmin əməliyyatlardan sonra 100 milyon dollardan çox pul yoxa çıxıb.