Nazim İbrahimovun qaynı intihar etdi

nazim ibrahimovMəzahir Cəfərovun Hacı İbrahim Nehrəmlinin biznes ortağı olduğu bildirilir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qayı Məzahir Cəfərov dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.

Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M.Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun -red.) yaxın biznes ortağı olub, eyni zamanda İbrahimov qardaşlarından Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.
Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, Sahib İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.
Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon manatlıq yeyintinin olduğu aşkarlanmışdı (aznews.az).
APA-nın məlumatına görə, intihar edən 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun yaxınları hadisənin ilkin səbəbi kimi M. Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button