Nazir oğlu ittiham edilir

Bir neçə gündür ki,Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı yerli mediada məlumatlar dərc olunur.

Xural.com Mia.az-a istinadənNzrol xəbər verir ki, belə məlumatlarda stadionun ot örtüyünün vaxtında təhvil verilməməsində Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da ittiham olunur.

Komanda.az saytında yer alan məlumatda qeyd olunurdu ki, arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir. Şirkətin sahibi Fərman Əlizadə olsa da, FSM-in Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğu bildirilir.

Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün FSM şirkətinin rəhbəri Fərman Əlizadəilə əlaqə saxlayıb. O, şirkətin nazir oğlunun himayəsində olması ilə bağlı təkzib edib: “Bu çox gülməli məlumatdır. Çünki FSM şirkəti 2012-ci ildə futbol üzrə 17 yaşlı qadınlar arasında Bakıda keçirilən dünya çempionatına görə yaradılıb. Bizim təsisçilərimiz İngiltərədəndir və baş ofisimiz də Londonda yerləşir. Tofiq Bərahmov adına Respublika stadionuna da müqavilə əsasında baxırıq. Şirkətin Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olması yanlış inofrmasiyadır”.

Qeyd edək ki,”Qarabağ”-“Seltik” qarşılaşması bu axşam elə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button