Nemət Pənalının atası dünyasını dəyişib (yenilənib)
Yanvarın 13-də saat 19.30 radələrində Nemət Pənalının atası Əhət Pənahlı geniş miokart diaqnozu ilə vəfat edib. Bakı şəhər 4 saylı xəstəxananın reanimasiya şöbəsində həkimlər Ə.Pənahlının təzyiqini tənzimləməyə çalışsalar da buna müvəffəq olmayıblar. N.Pənahlının həyat yoldaşı Həcər xanım Pənahlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə atasının yas mərasimində iştirakı üçün N.Pənahlının müvəqqəti həbsdən azad olunması xahişi ilə müraciət edib. N.Pənahlının ailə üzvlərinin verdiyi məlumata görə, mənzillərində 10 gündən çox müddətdə elektrik cərəyanının bilərəkdən kəsilməsi, oğlunun ədalətsiz ittihamlarla həbs olunması Ə.Pənahlının səhhətinə ağır təsir göstərib.
Dəfn mərasimi yanvarın 14-də mərhumun oğlu Səməd Pənahlının mənzilindən Xətai rayonu, Həsən Salmani küçəsi ev 11, mənzil 24-də (Leyla Şıxlinskaya Klinikası ilə Əfəndiyev xəstəxanasının arxası ) keçirildi. Mərasim N.Pənahlının iştirakı olmadan keçirildi. Çünki, müraciət dövlət orqanları tərəfindən cavabsız saxlanıldı. Deyilənlərə görə, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının atasının dəfn mərasimində iştirakına yalnız prezident razılıq verə bilər. Prezidentə isə bu haqda məlumat müxtəlif səbəblərdən çatdırılmayıb. Xatırladaq ki, müvafiq dövlət orqanları ilə yanaşı onun ailə üzvləri atasının dəfnində iştirak etmək üçün prezident İlham Əliyevə də müraciət etmişdilər.
“Xural” N.Pənahlıya və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
XuralTAC