Nemət Pənahlının oğlu və MGT sədri həbs olundu

Qələbə sevincinə görə, Milliyyətçi gəncləri həbs etdilər!

orxan

Bu gün Şəhidlər Xiyabanında izdihamlı mitinq keçirilib. Mitinq-yürüşü Millətçi Gənclər Təşkilatının öndərliyində milliyyətçi gənclər təşkil ediblər. “Qarabağ bizimdir bizim olacaq!”, “Şəhidlər ölməz Vətən bölünməz!” və başqa bir sıra şüarlar səsləndirən yüzlərlə gənc yürüş-mitinqi daha sonra “İstiqlal” abidəsinə qədər həyata keçiriblər. Mitinq-yürüşdə əsaslı qarşıdurma olmasa da, xural.com-a daxil olan məlumatlara görə, sonda insident yaşanıb və DİN əməkdaşları bir neçə gənci saxlayıblar. xural.com-un əldə etdiyi məlumata görə, saxlanılanlar arasında Milli Azadlıq Hərəkatının liderlərindən Nemət Pənahlının oğlu Orxan Pənahlı və MGT sədri Müşfiq Vəliyev də var. Daha bir neçə gənsin saxlanıldığı da gələn xəbərlər arasındadır.

Dəqiqləşdirmələrimiz nəticəsində məlum oldu ki, Orxan Pənahlı buraxılıb, amma o, bütün dostlarının buraxılacağı ana qədər polis idarəsinin qarşısında olacaqlarını bildirib. Hazırda MGT sədri Müşfiq Vəliyevin Bakı şəhər Baş Polis İdarsəsinə aparıldığı deyilir.

Mövzunu diqqətdə saxlayacağıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button