“Oğlumu Eldar Mahmudov, Akif Çovdarov, İlqar Əliyev həbs etmişdi…”

perviz-hesimli-yeni

“Oğlumu Eldar Mahmudov, Akif Çovdarov, İlqar Əliyev həbs etmişdi…” –Pərviz Həşimlinin atası danışdı

“Mən oğlumu əfv fərmani ilə oğlumu azadlığa buraxdığı üçün cənab prezident İlham Əliyevə təşəkkür edirəm.” 

Bu sözləri prezidentin əfv sərəncamı ilə bu gün azadlığa buraxılmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli bildirib.

Kamran Həşimli oğlunun həbs səbəblərindən də danışaraq bu hadisənin keçmiş MTN rəhbərliyi tərəfindən həyata keçirildiyini deyib:

“Mənim oğlumu MTN-in keçmiş rəhbəri Eldar Mahmudov və onun əlaltıları Akif Çovdarovla İlqar Əliyev qanunsuz olaraq həbs etmişdilər. Mən bu haqda cənab prezidentə müraciət məktubu da göndərmişdim. Sağ olsun cənab prezidentimiz bütün bunları dəyərləndirərək Pərviz Həşimlini əfv sərəncamı ilə azadlığa buraxdı. Mən bur daha öz adımdan və ailəmiz adından cənab prezidentə təşəkkür edirəm”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button