Ölkədə kəskin bahalaşma gözlənilir

İdxal dayanıb, topldansatış mərkəzləri mağazalara mal verə bilmir

Məşhur reytinq agentliyi: «Keçmiş sovet ölkələri arasında ən böyük maliyyə böhranı Azərbaycandadır»

Mud Invester Servis” Azərbaycanın ölkədəki kapital üzərindəəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. Təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib.

Fins.az-ın məlumatına görə, məqalədə o da bildirilir ki, pul-kredit siyasəti ölkədə özünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. Təşkil olunan valyuta auksiyonlarında isə təklif olunan dollar tələbatdan dəfələrlə azdır.

Hesabatda bildirlir ki, manat son dövrlərdə daha çox ucuzlaşmaya məruz qalıb və hazırki “məzənnə tarixçəsi” ilə keçmiş sovet ölkələrinin valyutaları ilə müqayisədə daha pis vəziyyətdədir. Hətta Azərbaycan manatı devalvasiya səviyyəsinə görə Ukrayna qrivnasını da geridə qoyur.

Qeyd edək ki, son günlər ölkədə dollar ajiotajı yaranıb. Ölkədə fəaliyyət göstərən bankların əhəmiyyətli hissəsi dollar satışını dayandırıb. Bir neçə bank dollar satır ki, onlar da əhalidən aldıqları dollarları satdıqlarını bəyan ediblər. Həmin banklar 100 dollardan artıq satmır.

Dolların qıtlığı ölkədə bahalaşmaya səbəb olub. Siqaretlər bir neçə gün ərzində iki dəfə bahalaşıb. Digər məhsulların da qiyməti də günbəgün əhəmiyyətli dərəcədə artır. Ölkənin iri topdansatış mərkəzləri mağazalara mal buraxmır. Dərman depolarında da vəziyyət oxşardır. Eklektrotexnika ilə məşğul olan sahibkarlar da ölkəyə mal idxal edə bilmir. Ona görə də anbarlarda olan mal mağazalara ya verilmir, ya da baha qiymətətəklif edilir.

Ekspertlər hesab edir ki, bu gedişlə ölkədə qıtlıq və kəskin bahalaşma gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button