Ollandın elçisi Bakıya gəlir: Fransanın dövlət katibi Qarabağla bağlı təklifləri gətirir

ilham olland

Fransa prezidenti Olland Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müraciət məktubu göndərib.

Fransanın Avropa məsələləri üzə dövlət katibi Arlem Dezir sabah bu müraciət məktubu ilə Azərbaycana gəlir.

Yerevanda olan Dezir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, müraciətdə iki mühüm element yer alıb: “Bunlar münaqişə bölgəsində nəzarət mexanizminin tətbiqi, tərəflərin güc tətbiq etməkdən çəkindirmək və güzəştlər əsasında danışıqlar prosesidir. Mən hökümətin tapşrığı ilə Fransa prezidentinin danışıqların bərpa olunması ilə bağlı müraciətini gətirmişəm”.

Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin bu çağırşı gərginliyin azaldılması üçündür: “Situasiya fövqəladə dərəcədə gərgindir və hər an partlaya bilər”.   

Dezir qeyd edib ki, Qarabağ münaqişəsi “dondurulmuş” hesab oluna bilməz.

“Fransa həmsədr dövlət kimi münaqişənin qəti həllinin tapılması üçün səyləri gücləndirməyə çalışır. Həmsədr dövlətlər “Madrid prinsipləri” adını almış prinsiplərin reallaşması üçün bütün səylərini göstərir. Bura güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə hüququ daxildir. Münaqişə bu prinsiplər bazasında həll olunmalıdır”

Onun sözlərinə görə, hazırda prioritet atəşkəs rejimnin möhkəmləndirilməsi və nəzarət mexanizminin tətbiqidir. “Bu təkliflər 2014-cü ildə prezident Olland tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinə təqdim edilib”, – deyə dövlət katibi vurğulayıb.

X. Səfəroğlu

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button