Ombudsman 2 siyasi məhbusa vəd verib

Bu haqda Azadlıq Radiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərlə sentyabrın 20-də görüşüb.

Vəkilin bildirdiyinə görə, Ombudsman Gözəl Bayramlıya yardım edəcəyini bildirib. “Ombudsman Gözəl Bayramlıya bildirib ki, onun müalicə almasına köməklik göstərəcək”, vəkil deyib.

Xanım siyasətçi ayağında ağrılarından şikayətlənir.

E.Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinin Gözəl Bayramlı ilə bağlı bu il çıxardığı qərarın (parlament seçkiləri ilə bağlı) qüvvəyə mindiyini, ancaq qərarın icra edilmədiyini, xanım siyasətçinin bundan narahat olduğunu bildirib: “GözəlBayramlı ona ödənilməli olan kompensasiyanı ala bilmir. Bunun üçün kiməsə etibarnamə verməlidir, amma təcridxanada buna əngəl yaradılır. Dəfələrlə müvafiq orqanlara müraciət etsək də, hələlik, hər hansı müsbət nəticəsi olmayıb”.

Jurnalist Əfqan Muxtarlıya gəlincə, vəkili onun səhhətindəki problemlərin, hələ də narahatedici olduğunu bildirib. “Ombudsman onunla da görüşüb. Əfqan Muxtarlı sağlıq durumundakı, habelə digər problemlər haqda Ombudsmana bilgi verib. Ombudsman ona vəd edib ki, yaxınları ilə görüşməsinə yaradılan maneələrin aradan qaldırılmasına çalışacaq”, vəkil deyib.

Jurnalistin də mədə ağrılarından və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button