Prezident icra başcısını vəzifəsindən azad etdi

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad olunub.

Bizim Yol xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Hazırda Xaləddin İsgəndərov icra hakimiyyətində kollektivlə vidalaşır. Xaləddin İsgəndərovun səlahiyyətlərini hələki birinci müavini İlqar Süleymanov əvəz edəcək. Xəbər saytımıza icra hakimiyyətindən təsdiq olunub.

Bildirək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button