Prokurorluq İsmayıl Ömərov və Aydın Abbasovun barəsində cinayət işinin olmadığını bildirib
İctimai TV-nin keçmiş direktoru İsmayıl Ömərova qarşı cinayət işi başlanmayıb. KİV-də bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil və təkzib edilir. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Qeyd edək ki, bir neçə gündür ki, bəzi KİV yazır ki, Hesablama Palatasının İTV-də 15 mln. manatın mənimsənilməsi faktını aşkar etməsi ilə bağlı İ.Ömərovun barəsində cinayət işi qaldırılıb.
Öz növbəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev həmin mətbuat konfransında deputat Aydın Abbasovun (Abbas Abbasovun oğlu) barəsində təhqiqatın aparılması və onun həbsinə hazırlığın getməsi ilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.