Putinin etirafları

putin sur esas

Rusiya prezidenti Vladimir Putinin canlı efirdə bir sıra etiraflar etməsi diqqətdən kənarda qalmayıb.  ABŞ-la münasibətlərlə bağlı bir neçə provakasiya xarakterli sual verilməsinə baxmayaraq Putin ABŞ prezidenti Barak Obamanın yaxşı insan olduğunu bildirib.  B.Obamanın Liviyada Qəzzafi hakimiyyətinin devrilməsini səhv hesab etməsi
barədə dediklərini şərh edən Putin deyib ki, bu onun ləyaqətli insan olduğunu göstərir: “Bu onu sübut edir ki, ABŞ prezidenti ləyaqətli insandır. Bunu demək o qədər də asan deyil”.  

Putin hərdən “ana söyüşü” söydüyünü də etiraf edib.

Rusiya prezidenti ölkədə bir çox müəssisələrdə əmək haqqılarının gecikdirilməsi ilə bağlı suallara cavab verərəkən etiraf edib ki, bu müəssisələrin əmək haqqı verməyə pulu yoxdur. Yəqin ki, bu təşkilatların rəhbərləri işsizlik statistikasını artırmamaq üçün insanları işdən azad etmirlər.

O, istehlak malları və ərzağın qiymətinin qalxması ilə bağlı ilk dəfə etiraf edib ki, bu Moskvanın cavab addımı kimi sanksiyalar tətbiq etməsi ilə bağlıdır.

“Siz nə vaxt bizim ölkənin “Birinci ledisini” təqdim edəcəksiniz?” – sualını cavablandıran Putin bildirib ki, onun şəxsi həyatı ilə bağlı məsələlərin böyük marağa səbəb olduğunu başa düşür. Artıq bununla barışıb da. Amma bunlar vacib məsələlər deyil: “Ola bilsin ki, nə vaxtsa , sizi maraqlandıran bu məsələ ilə bağlı danışacağam”.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button