Rami Usubov istintaqın rəisini və 3 müstəntiqi işdən qovdu-Deputatın oğlu məsələsi…

Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib. Xural.com xəbər verir ki, bu barədə məlumatı istiqlal.az saytı yayıb.
Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl youtube portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı çıxmışdı. Məhz bu səs yazısından sonra DIN- də daxili yoxlama aparılıb və Seymur Hidayetzadeye xidməti uyqunsuzluq barədə cəza verilib və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlanılıb.
Mənbənin məlumatına görə, 2013-cü ilin iyul ayında  onlarla şəxsə qarşı külli miqdarda dələduzluq edən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button