Rasim Əliyevi öldürənlərə hökm oxunacaq

rasimin işi1
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçiriləcək və müttəhimlərə hökm oxunacaq.
musavat.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək proses 10:30-a təyin olunsa da, proses yubanır. Məhkəmə binası qarşısında təqsirləndirilən şəxslərin çoxsaylı yaxınları, media nümayəndələri toplaşıblar.
Son məhkəmə iclası bir azdan başlayacaq.




Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button