Reyxstaqa kömürlə adını yazan azərbaycanlı

Reyxstaqa kömürlə adını yazan azərbaycanlı

 Bakılı veteran İsmayıl Qasımov Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini danışıb.

ANS-in məlumatına görə, İsmayıl Qasımov Azərbaycandan Moskvaya Qələbənin 70-illiyi ilə bayram tədbirlərinə dəvət edilən üç veterandan biridir.
Qasımov şərəfli döyüş yolu keçib. O, kömürlə Reyxstaqın pillələrində öz adını yazmasından və Berlinə qədər öz uzun döyüş yolundan danışıb.
İndiyə qədər cəbhədə keçirdiyi hər dəqiqəni belə xatırlayan veteran ağır günləri yada salıb:
“Ağır və şərəfli günlər keçirmişik. Vətən torpağının hər qarışı uğrunda vuruşurduq. 1941-ci ilin sentyabrında Kirovabad (indiki Gəncə şəhəri) 29-cu dəmir yolu məktəbinin 10 sinifində oxuyurdum. Sinfə komsomolun, raykomunun katibi və hərbi komissarlıqdan olan kapitanla birlikdə məktəb direktoru girdi. Kapitan dedi ki, cəbhələrdə ağır vəziyyət yaranıb, Sovet qoşunları müvəqqəti geri çəkilir və yeni güclər lazımdır. Sinifdə cəmi dörd oğlan idi. Bizimlə birgə iki qız ayağa qalxdı. O vaxtdan Berlinə qədər hər şey yadımdadır. Kömürlə Reyxstaqın pillələrində öz adımı yazdığımı həyatım boyu unutmaram. Həmin gün həyatımın ən gözəl günü idi”
Qeyd edək ki, bakılı veteranın 43 mükafatı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button