Rüfət Səfərovun anası aclığı dayandırdı

Siyasi məhbus Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasını dayandırıb. T.Səfərova bu addımı martın 12-də onu ziyarət edən siyasi məhbus ailələrinin xahişindən sonra atıb. O, oğluna həbsxanada işgəncə verilməsinə etiraz olaraq martın 10-da aclıq aksiyasına başlamışdı.

Tahirə Səfərovanı ziyarət etmələri və aclıq aksiyasını dayandırmağa razı sala bildiklərini AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur feysbuk hesabında xəbər verib.

Z.Yağmur yazır ki, Siyasi məhbus ailələrinin Koordinasiya Mərkəzi olaraq siyasi məhbus Rüfət Səfərovun anasını ziyarət ediblər.

“Üzgündü, amma qətiyətli idi . Baxışlarında dərin bir qüssə vardı, amma sınmış deyildi. Yorğundu, amma qamətini əyməmişdi…
Bir şey diqqətimi çəkdi. Tahirə xanımın başının üstündə Rüfətin fotosi vardı. Fərq etdim ki, Rüfət zahirən anasına bənzəyir. Tahirə xanım inadkarcasına oğlunun sınmayacağını dedikcə düşündüm ki, yəqin Rüfət həm də xaraktercə anasına bənzəyib.
Ziyarətimizi tez sonlandırdıq. Amma yaxşı əhvalla və gümrah ayrıldıq ordan. Çünki Tahirə xanımı aclıq aksiyasını dayandırmağa razı saldıq. Biz çıxanda dərmanını içdi və söz verdi ki, namazını qılıb yeməyini yeyəcək”, – deyə Z.Yağmur qeyd edib.

Yazıçı qeydinə bunu da əlavə edib ki, sonradan Tahirə xanımla təkrar əlaqə saxlayıb və onun aclığı dayandırdığını öyrənib: “İndicə Tahirə xanımla danışdım. Aclıq aksiyasını dayandırdığını bildirdi. Hamıya salam və sevgilərini çatdırmamı istədi”.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button