Rus Dili İnstitutunun əməkdaşları saxlanıb

Moskvada Puşkin adına Dövlət Rus Dili İnstitutunun beş əməkdaşı saxlanılıb. İstintaq Komitəsi onları əcnəbilərə yaşayış icazəsi almaq üçün rus dilini bildikləri barədə saxta sənədlər verməkdə şübhəli bilir.

“CurrentTimeTV” xəbər verir ki, şübhəlilərin evlərində və iş yerlərində axtarışlar aparılıb, bundan sonra onlar qeyri-qanuni miqrasiyanın təşkilində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar.

Media “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra bu cür ittihamların və cinayət işlərinin kəskin artdığını qeyd edir. İstintaq terroru törətməkdə miqrant işçiləri ittiham edir.

Martın sonunda Sankt-Peterburqda 30 nəfər, o cümlədən yerli universitetlərin müəllimləri saxlanılıb. İstintaqın versiyasına görə, onlar “miqrantlara rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələri haqda sertifikatların verilməsi üçün qanunsuz sxem təşkil ediblər”, bu da onlara ayda 7.5 milyon rubl (81 min 150 ABŞ dolları) qazandırıb.

Kütləvi həbslər Krasnoyarsk və Çeboksarıda da aparılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button