Rus müxbirə: “Eyni sualı utanmadan təkrarlamağına təəccüb edirəm”
Rusiyalı müxbirin israrlı Türkiyə sualı ABŞ Dövlət Departamentinin ən sakit spikeri John Kirbyi hövsələdən çıxarıb. Gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Kirby, RT televiziya kanalının müxbiri Qayane Çiçəkyanın “Türkiyənin İraqa əsgər göndərməsini necə qiymətləndirirsiniz?” sualını israrla təkrarlamasından əsəbləşib. Spiker bu suala son üç gündə eyni cavabı verdiyini xatırladıb:
“Türkiyə və İraq probleminin həlli üçün lazımı danışıqlar gedir”,-deyə o, bildirib.
Cavabdan məmnun olmayan müxbir, sualın formasını dəyişərək yenidən spikerə müraciət edib. Bundan sonra əsəblərini cilovlaya bilməyən spiker, erməni əsilli jurnalistə belə cavab verib: “Eyni sualı utanmadan təkrarlamağına təəccüb edirəm. Rus hökumətindən soruşmadıqlarını, mənəndən niyə soruşursan? Soruşduğun suallara bax və özünə gül. Bir dəlinin verdiyi suallardır bunlar.