Rusiya mətbuatı: “Azərbaycan kimin meydanında oynadığını müəyyənləşdirməlidir”

zarif

İrina Corbenadze

Rosbalt.ru, 16.04.2016

Azərbaycan iki geopolitik üçbucaqda var olmaq istəyir, lakin onların “müxtəlif yönlülüyü” bu niyyəti uğursuz edir və Bakını İranla Rusiya və “digərləri” arasında seçimə itələyir. Azərbaycan lideri hələlik həm Türkiyə, həm də Rusiya prezidenti ilə yaxşı münasibətlər saxlayır. İlham Əliyev hesab edir ki, Qafqazda və Yaxın Şərqdə üçtərəfli münasibət formatları, yəni Azərbaycan-Rusiya-İran və Azərbaycan-Gürcüstan-Türkiyə üçbucaqları bölgədə təhlükəsizliyə və onun oyunçuları arasında əməkdaşlığın genişləndirilməsinə yardım edəcək.

Azərbaycan prezidenti ölkə hökumətinin bu günlərdəki toplantısında uyğun açıqlama verdi.

O, həmçinin Bakının xarici siyasət sahəsində yüksək fəallığını qeyd etdi və dediklərini öz xarici səfərləri və beş xarici dövlət və hökumət  başçısının Azərbaycana səfəri ilə möhkəmləndirdi.

Birincisi, bu məqamda Rusiya baş naziri Dimtri Medvedyevin Bakı səfərini və Azərbaycan paytaxtında RF, İran və Azərbaycan XİN başçılarının üçtərəfli görüşünü ayırmaq lazımdır. Bakı siyasi “ulduz axını”nın bu yekunlarına, həmçinin başqa bir sıra başaqa əlamətlərə görə ideyaca Bakı-Tiflis-Ankara siyasi-hərbi ucbucağına zidd olan gerçək Bakı-Moskva-Tehran üçbucağının yaranması haqda təəssürat yaranır. Lakin əvvəlcə Medvedyev haqqında. O, Bakıya İrəvandan gəldi, yəni səfər faktiki olaraq xeyli qurbana səbəb olan atəş – Qarabağ münaqişəsinin görünməmiş kəskinləşməsi fonunda baş tutdu. Əliyev mətbuat üçün açıqlamada qeyd etdi ki, Medvedyevin gəlişinə “böyük əhəmiyyət” verir, “yüksək qiymətləndirir” və bunu “Azərbaycana dost, tərəfdaşlıq münasibətinin daha bir göstəricisi” kimi nəzərdən keçirir.

Əliyevin məlumatına görə, Rusiya baş naziri ilə “ikitərəfli fəaliyyət, regional problemləri nəzərdən keçirtdi, Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, xüsusən də son eskalasiya nəzərə alınmaqla, təfərrüatı ilə müzakirə etdi”.

Azərbaycan prezidenti gizlətmədi ki, Rusiya ilə münasibətlər onun ölkəsi üçün“böyük əhəmiyyət” daşıyır və Bakı bunu yüksək qiymətləndirir və“gücləndirməklə möhkəmlətməyə cəhd edir”.

Əliyev özəl şəkildə vurğuladı ki, Azərbaycan münaqişənin nizamlanmasında Rusiyanın rolunu və Moskvanın deeskalasiyaya yönəlik təşəbbüslərini çox yüksək qiymətləndirir. Medvedyev öz növbəsində əlavə etdi ki, RF təkcə“nizamla prosesinin fasiləsiz təminatından kənar durmur, həm də maksimal şəkildə iştirak edir”.

Lakin Moskva nəinki nizamlama prosersindən uzaqlaşır, həm də İranla birlikdə Azərbaycanla strateji önəmli münasibətlər qurur – Rusiya, İran və Azərbaycan XİN başçılarının Qarabağ kəskinləşməsinin “isti izləri” üzrə baş tutan Bakı görüşü bundan xəbər verir. Əlbəttə, onlar nizamalama üsullarını müzakirə etdilər – İran Rusiya ilə yanaşı nizamlamada Ankaradan fərqli müəyyən bir rol oynamağa və bölgədə öz nüfuzunu möhkəmlətməyə cəhd edir.

Lakin yenə də Bakı görüşünün əsas məqamları Rusiya və İranla birgə Cənubi Qafqazın olduqca iddialı layihələrini gerçəkləşdirməyə qadir olan məsələlər idi.Tərəflər xüsusən də Pakistan və Hindistana çıxmaqla Şimali Avropa dövlətlərinin, Rusiyanın, Azərbaycanın, İranın dəmiryollarını birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizini müzakirə etdi. Bu yollar daşınma müddətini iki dəfə azaldacaq və onun dəyərini xeyli aşağı salacaq. Onun sahələrindən biri – dəmiryol körpüsü aprelin sonunadək açılacaq, ilin axırına doğru isə İran və Azərbaycanın dəmiryolları birləşəcək. Azərbaycan ərazisindən Rusiyaya İran tədarüklərinin getdiyi avtomagistral artıq paralel şəkildə fəaliyyətə başlayıb.

Xatırladaq ki, İrandan Azərbaycan ərazisi ilə Rusiyaya yük nəqli üçün İran ərazisində terminal və genişzolaqlı yol inşa olunacaq.

Bakı-Tehran-Moskva üçbucağı çərçivəsindəki böyük layihələr sırasında energetik və xüsusən də Rusiyadan İrana Azərbaycan tranziti ilə enerji axını üçün enerji körpüsü, həmçinin Rusiya “Qazprom”unun iştirakı ilə Azərbaycanla İran arasında qaz svopu da (müxtəlif aktivlər qismində ticari-maliyyə mübadiləsi əməliyyatı-tərc.) görünür.

Bunu da əlavə etməyinə dəyər ki, qeyri-rəsmi məlumata görə, Xəzərin bölünməsi kimi mübahisəli məsələdə durum ölü nöqtədən tərpənəcək. SİTA-nın məlumatına əsasən, həmçinin Azərbaycan, Rusiya və İran kəşfiyyyat və sektoral nazirliklər xətti ilə əməkdaşlıq etməyə razılaşıb. İran XİN başçısı Cavad Zərif bildirib: “Bəzi serktoral nazirliklər artıq üçtərəfli əməkdaşlıq prosesində, həmçinin kəşfiyyat xəttiylə işə girişib. Artıq mütəxəssislərimiz işə başlayıb. Yaxşı bağlanğıc qoyulub”.

Bakıda siyasi və ekspert səviyyəsində artıq bildirirlər ki, XİN başçılarının sözügedən görüşü üç ölkə arasında əməkdaşlığın yeni mərhələsini açdı və təkcə bölgənin iqtisadi inkişafına deyil, həm də onun təhlükəsizlik səviyyəsinə, xüsusən də Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edir.

Trend İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü Cavad Cahangirzadənin fikrini misal gətirir: “Rusiya və İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı bəzi ölkələrin bu məsələdə destruktiv rolunun azalmasına səbəb olacaq”.

Azərbaycan mətbuatı həmçinin diqqəti buna yönəldir ki, Sergey Lavrov Bakıda Qarabağ nüzamlamasının məhz bölgədə gerçəkləşdirilən yeni layihələrin işığında əhəmiyyətini xüsusi vurğulayıb. Rusiya XİN başçısının sözlərinə görə, münaqişənin kəskinləşmə təhlükəsi üzündən nəqliyyat infrastrukturu bölgəsi kimi Cənubi Qafqazın imici zədələnə bilər.

Bir sözlə, Əliyevin elan etdiyi Azərbaycan-İran-Rusiya üçbucağı artıq tərtiblənməkdədir, lakin bu, Cənubi Qafqazda və Yaxın Şərqdə rəqabət mübarizəsinin güclənməyinə daha bir səbəb ola bilər. Çünki Türkiyə Azərbaycan və Gürcüstanla öz üçbucağını qurur və Azərbaycan prezidentinin ikinci üçbucağın bölgədə təhlükəsizliyə yardım olacağı fikri, çox güman ki, baş tutmayacaq.

Birincisi, korlanmış Rusiya-Türkiyə və heç də parlaq olmayan İran-Türkiyə münasibətləri üzündən: Tehran Türkiyə nüfuzunun genişlənməsinə yol verməyəcək və əlbəttə, Ankara ilə daban-dabana duracaq.

İkincisi, Ermənistan-Azərbaycan münaqişəsini Rusiya Türkiyədən fərqli şəkildə görür.

Üçüncüsü, nə Moskva, nə də Tehran Türkiyəyə Transxəzər dəhlizində eksklüziv hüquqlar verəcək.

Ümumiyyətlə, Türkiyənin davranışı güman etməyə əsas vermir ki, Azərbaycanın iştirakı ilə iki üçbucaq Cənubi Qafqazda sülh və sabitliyə xidmət edə bilər – onların siyasi-hərbi məzmunu son dərəcə fərqlidir. Bu iki həndəsi fiqurun bir-birinin üzərinə qoyulmağı isə ümumən tamamilə başqa bir oyunçunun – İsrailin  maraqlarına xidmət edə bilər. Və həm birbaşa, həm də qrafik mənada:bir-birinin üzərinə qoyulmuş üçbucaqlar Davidin altıgüşəli ulduzunu – Magendovidi formalaşdırır.

Lakin hazırda bölgədə hansı alyans formalaşır-formalaşsın, burada yenə də həlledici halqa “atəşi öz üzərinə götürməli olan” Azərbayacan olaraq qalır. Yəni Azərbaycan müəyyən etməlidir: kimin meydanında oynayır – Rusiya ilə İranın, yoxsa Türkiyənin?

Bu, ağır siyasi seçimdir, lakin qaçılmazdır. Maraq doğuran isə budur ki,  Əliyev “taxılı buğdadan seçmək” sənətinə nə dərəcədə məharətlə yiyələnib ki, Azərbaycanın Türkiyə – Avropanın qazın gələcəyini gözlədiyi tranzit ölkə ilə energetik əməkdaşlığına ziyan vurmasın…

Tərcümə Strateq.az-ındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button