Rusiya sülhməramlıları Azərbaycandan gedirmi?

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığı barədə məlumatları təsdiqləyib.

“Interfax”ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bəli, bu, həqiqətən də belədir” deyib.

Aprelin 16-da sosial şəbəkələrdə Tərtər, Goranboy və Gədəbəy rayonlarında hərəkət etdiyi iddia olunan Rusiya hərbi texnikasının görüntülərinə aid videolar yayılıb. Qeyri-rəsmi mənbələr bildirir ki, Rusiya sülhməramlı kontingent Azərbaycandan çıxarılaraq Dağıstana gedir.

Amma Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) “Turan”a bildirilib ki, məsələ ilə bağlı, hələlik, açıqlamaları yoxdur.

Müdafiə Nazirliyindən isə agentliyə deyilib ki, görüntülər bugünə aid deyil: “Məlumat olarsa, ictimaiyyətə açıqlanacaq”.

Rusiya sülhməramlı kontingenti 2020-ci ildə Azərbaycana gəlib. Ondan əvvəl Rusiya ordusu 1993-cü ildə – Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanı tərk etmişdi.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) 5 illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. (onun müddəti tərəflərin razılığı ilə artırıla bilər)

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanılmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button