Rusiyanın Ukraynadakı itkilərinin sayı 220 mini keçib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiya ordusunun 630 hərbçisi zərərsizləşdirilib.

Rusiyanın digər döyüş itkiləri 3 989 tank, 7 735 zirehli maşın, 3 383 operativ-taktiki PUA, 3 865 artilleriya sistemi, 370 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 305 helikopter, 6 613 avtomobil və tanker, 526 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button