Sabah bu rayonlarda qaz olmayacaq

qazSabah saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran”, “Bolqarıstan”, “Maştağa” və “Albalı” stansiyalarında, Qazax magistral qaz kəmərləri sahəsinin “Semzavod” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Qazaxbəyli, Aşağı Salahlı, Orta Salahlı, Daş Salahlı və Kosalar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakının Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button