Sabahın hava PROQNOZU

yagis

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasındahava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir.

Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə  7-9, gündüz 13-17, Bakıda gecə 7-9 , gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764  mm civə sütunundan 759-a civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə,  aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 , dağlarda gecə  1-6, gündüz 9-14 dərəcə isti olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button