Samir Şərifovun fotoları niyə yığışdırıldı?

ilhamaliyev-asmirserifov-bakubus

Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

Açılışdan verilən xəbərlərdə diqqətçəkən məqam həmin vaxt prezidenti müşayiət edən maliyyə naziri Samir Şərifovun fotolarının sonradan yığışdırılması olub. Hətta prezidentin rəsmi saytında belə açılış barədə dərc edilən xəbərə Samir Şərifovun olmadığı foto verilib.

Qeyd edək ki, iddialara görə, “BakuBus” maliyyə nazirinin nəzarətindədir. Samir Şərifovun açılışda iştirak etməsinin səbəbi də budur. Lakin görünür, sonradan bu faktı ört-basdır etmək üçün maliyyə nazirinin fotoları yığışdırılıb.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button