Samir Şərifov Azərbaycan prezidentinin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana getdi

Azərbaycanın maliyyə naziri Samir Şərifov prezidenti İlham Əliyevin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana səfər edib.

Virtualaz.org Pakistan rəsmi KİV-lərinə istinadən xəbər verir ki, nazir İslamabadda baş nazir Şahid Xaqan Abbasi ilə görüşüb. Azərbaycan prezidentinin xüsusi mesajını çatdıraraq bildirib ki, İlham Əliyev “Expo 2025” sərgisinin və 2021-ci il Dünya Bank Konfransının Bakıda keçirilməsi üçün Pakistanın dəstəyinə ümid edir. Pakistan baş naziri bu tədbirlərin Bakıda keçirilməsi üçün ölkəsinin lazım olan dəstəyi verəcəyini bildirib. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button