Seyran Ohanyan: “Azərbaycanın belə böyük miqyasda və intensiv atəşi bizim üçün tamamilə gözlənilməz oldu”

ohanyan

“Azərbaycan ordusunun belə böyük miqyasda və intensiv atəşi bizim üçün tamamilə gözlənilməz oldu”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan İctimai Televiziyaya verdiyi müsahibəsində etiraf edib.  Onun sözlərinə görə, ermənilər növbəti kəşfiyyat qrupunun hucumunun olacağını ehtimal edirmişlər.

“Biz diversiya-kəşfiyyat qrupunu gözləyirdik.  Ağır hərbi texnikanın tətbiq olunacağını ağlımıza da gətirmirdik”, – deyə Ohanyan vurğulayıb. Müdafiə naziri cəbhədə erməni ordusunun öz mövqelərindən geri çəkilməsini bununla izah edib.

Ohanyan atəşin dayandırılması barədə xəbərin Rusiya Müdafiə Nazirliyinin baş qərargahından aldıqlarını  bildirib.

Bizə Rusiyanın baş qərargah rəisi bildirdi ki, rəqibimiz atəşkəs rejimini bərpa edib”, – deyə Ohanyan vurğulayıb.

X. SƏFƏROĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button