Sosial şəbəkələrdə “parkomat”ların qoyuluşu təəccüb yaratdı

Bu “parkomat”ların görüntüsü təkcə paytaxt sakinlərini deyil, sosial medianı da təəccübləndirib. Şərhlərdə qeyd olunur ki, belə “parkomat”lardan istifadə etmək üçün sürücülər qeyri-adi poza almalıdırlar.

Pulu “parkomat”a daxil etmək, yağışlı havada palçığa, çirkaba batmamaq üçün mütləq qeyri-adi şəkildə əyilməlisən. Bu zaman da daxil etdiyin işarələri görmək sürücülərə ciddi problem yaradır.

Bu “parkomat”ların üzünün yola deyil, onun əksinə yerləşdirilməsində maraq nədir? Bəzi sürücülər bunun “parkinq” nəzarətçilərinin xeyrinə işlədiyini, sürücüdən aldıqları pulun avtomata vurulmasını görməməsi üçün yaxşı bir vasitə olduğunu söyləyirlər.

Bu “parkomat”ların paytaxtın hansı ünvanda yerləşdirilməsi haqda isə məlumat yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button